Bu ilin oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-a qədər Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şossesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
“Unikal” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Sərnişinlərə tövsiyə olunur ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlaşdırsınlar, alternativ olaraq Zığ şossesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Bildirilib ki, "Aeroexpress" avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərəcək.