Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı, şəhid Azad Hümbətovun bacısının oğlan övladı dünyaya göz açıb. 

"Unikal" xəbər verir ki, körpəyə dayısının adı verilib. ,

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Şəhid Azad Arif oğlu Hümbətov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilib.