Balakəndə 34 yaşlı kişi özünü yandırıb.

"Unikal" xəbər verir ki, hadisə rayonunun Xalatala kəndində baş verib.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Qarayev Ramazan Məhəmməd oğlu yaşadığı evdə tək olduğu zaman evin içərisində ocaq yandırıb və hadisə zamanı o, yanıq xəsarətləri alıb. 34 yaşlı kişi xəstəxanaya çatdırılsa da, xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, R.Qarayev psixoloji problemli xəstə kimi qeydiyyatdadır.

Seymur Əli