12 ölkədən 100-dək idmançının iştirak etdiyi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, tədbir Füzuli Şəhəri Günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında keçirilib.

Açılış mərasiminə müxtəlif ölkələrdən 50 nəfərə qədər xarici rəsmi qonaq qatılıb.