18 oktyabr 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib.
"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak edibər.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşdür. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər bu gün çoxəsrlik tarixə malik qalib Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 33 illiyini qeyd etməsindən, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbul edilməsindən, Milli Məclisin 2022-ci il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyərək mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan olunmasından bəhs etmişlər. Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup ziyalı fəxri fərmanla mükafatlandırılmışdır.