18.10.2024-cü il tarixdə Xətai rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına start verilib.

"Unikal" xəbər verir ki, aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Aksiya çərçivəsində rayon ərazisində yerləşən magistral yolların kənarında müxtəlif növ ağac və gül kolları əkilir. 

Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması, 30 000 ədəd ağac və kol bitkilərinin əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi  nəzərdə tutulur.