Qaradağda 18.10.2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə kompaniyası” keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 17-ci km-də və rayonun digər ərazilərində ümumilikdə 2200 həmişəyaşıl ağac əkilib.