Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Abşeron rayonunda silsilə tədbirlər keçirilir. İl çərçivəsində mövsümü olaraq həyata keçirilən ağacəkmə kompaniyasının növbəti mərhələsinə start verilib.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, Abşeron RİH könüllülərinin, şəhid ailələrinin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiya rayon ərazisindən keçən magistral yolların kənarlarını əhatə edir.
Oktyabrın 18-dən başlanan və cari ayın 28-nə kimi davam edəcək aksiyada ümumilikdə 16500 ədəd ağac və həmişəyaşıl gül kolları əkiləcəkdir. Əkilən ağaclara lazimi aqrotexniki qulluq göstərilir, suvarma şəbəkəsi çəkilir.