Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat bildirilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.10.2024-cü il tarixində saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Saat 21:07-də çağırışdan imtina qeydə alınıb”, - deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.