Oktyabrın 18-də saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində “QAZ-24” və “VAZ-2105” markalı avtomobillər toqquşub. 

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü Zamiq Kərimli aldığı xəsarətlərdən hadisə yerində ölüb, “QAZ-24”ün sürücüsü, 1976-cı il təvəllüdlü Aqil Abdullayev və sərnişini, 1990-cı il təvəllüdlü Müşviq Əzizov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Murad İbrahimli