75 yaşlı kişini qəsdən öldürən şəxsin məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə təqsirli bilinən İsayev Zahid Səməndər oğlunun məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, hadisə bu il iyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb. İş üzrə istintaq Nizami rayon prokurorluğunda aparılıb.
Onu da qeyd edək ki, Zahid İsayev ağır cinayət törətməyinə baxmayaraq 2017-ci ildə imzalanan əfv fərmanı ilə azadlığa çıxıb.
Seymur Əli