Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçiləri Natiq Baxşəliyev, İsa Məhərrəmov və Elşən Müslümov şəhadətlərinin ildönümündə yad ediliblər.
"Unikal" xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatı Ülvi Quliyev,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Natiq Baxşəliyev 1980-cı il iyulun 7-də Bakı şəhərində anadan olub. 167 saylı orta məktəbi bitirib. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 20-də şəhidlik zirvəsinə ucalmışdır.Natiq Baxşəliyev Saleh oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, ”Füzulinin azad olunmasına görə" medalı və "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edilmişdir.
İsa Məhərrəmov 15 fevral 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 52 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 19-da şəhidlik zirvəsinə ucalmışdır.Məhərrəmov İsa Məhərrəm oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda" medalı və "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Elşən Müsülümov 2 sentyabr 1995-ci ildə Ağsu rayonunda anadan olmuşdur. O, orta təhsilini 286 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 13-də şəhidlik zirvəsinə ucalmışdır.Müslümov Elşən Habil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və "Suqovuşanın azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.