19 oktyabr 2024-cü il tarixdə 67 saylı SabirababdSeçki Dairəsi üzrə Milli Məclisin deputatı, SəhiyyəKomitəsinin sədri Əhliman Əmiraslanov seçiciləri iləgörüşüb, onların müraciətlərini dinləyib.
"Unikal" xəbər verir ki, deputat seçiciləri fərdi qaydada qəbul edərək müraciət vətəkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Müraciətlər əsasən vətəndaşların müayinə vəmüalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əməkpensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfvməsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həlledilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.