Şəmkirdə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax istiqamətdə hərəkətdə olan “Ford Tranzit” markalı yük maşını yoldan çıxaraq dərəyə düşüb. Nəticədə yük avtomobilin sürücüsü 42 yaşlı B.Bayramov xəsarət alıb.

Yaralı əvvəlcə Şəmkir rayon mərkəzi xəstəxanasına, daha sorna isə Gəncə yerləşən xəstəxanaların birinə hospitalizasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov