Şəkidə yaşayış evi tamamilə yanıb.
"Unikal" xəbər verir ki, yanğın hadisəsi rayonun Aşağı Göynük kənd ərazisində baş verib. Yanğın yerinə Şəki YMH- nin yanğısöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı 1972-ci il təvəllüdlü Mustafayeva Zəminə Lətif qızına məxsus ümumi sahəsi 176 k/m olan fərdi yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli