Səməndər Əsədovu həkimlər necə öldürdü?
19:33 04-07-2013
CƏMİYYƏT
Səməndər Əsədovu
həkimlər necə öldürdü?
Bu günlərdə baş verən faciəli hadisənin əslində Azərbaycanda baş verəcəyinə heç kəs inanmayacaq. Ən azından ona görə ki, bu gün ölkədə səhiyyənin inkişafı ilə bağlı fikirlər səsləndirilir, müasir avadanlıqlarla təhciz olunduğu bildirilir. Amma Tovuz rayon Mərkəzi Xəstəxanasında 37 yaşlı Səməndər Əsədovun öldürülməsi deyilənləri alt-üst edir. Belə ki, qolundan kəsik yarası alan Səməndər Əsədov 12 yaşlı oğulu ilə birlikdə maşınla xəstəxanaya çatır.
Amma qan itkisinə görə xəstəxananın pilləkənlərində dayanır və oğlu həkimləri çağırır. Öncə xəstəyə kömək etməyi düşünən növbətçi həkimlər sonra bildirirlər ki, polisə xəbər vermədən heç bir şey edə bilməyəcəklərini söyləyirlər. Beləcə 20 dəqiqədən çox yaralı uzanıqlı vəziyyətdə qalsada ilkin yardım göstərilmir. Nəhayət əsas növbətçi həkim gəlir. Kamal Abbasov adlı həkim içkili halda xəstəyə baxır və artıq gecdir deyə rəyini bildirir. Beləcə Tovuz rayon Mərkəzi Xəstəxanasındakı həkimlərin səhlənkarlığı səbəbindən 37 yaşlı Səməndər Əsədov dünyasını dəyişir. Məsələyə münasibətini bildirən mərhumun qardaşı Kamandar Əsədov bildirdi ki, hələ də həkimlərin nədən belə etməklərinin səbəbini anlaya bilmədiyini bildirdi. Həmçinin o prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək günahkarların cəzalandırılmasını istədi. Biləyində ki, kəsik səbəbindən qanaxmadan Səməndər Əsədovun dünyasını dəyişməsinə mütəxəssislərdə reaksiya verib. Bildirilir ki, belə kəsik nəticəsində insanın ölməsi sadəcə faciədir. Çünki bu cür yaralar olanda hətta tibbi imkanlar belə olmayanda qoltuqaltı nahiyyədən damarı sıxmaqla hətta bir gün belə xəstəni qorumaq mümkün idi. Görünür Tovuz rayon Mərkəzi Xəstəxanasının həkimləri, o cümlədən iş vaxtı içkili olan Kamal Abbasov elementar prosesi belə bilmir ya da başqa maraqlar səbəbindən xəstə çarpayıda həkimlərdən yardım istəyə-istəyə dünyasını dəyişir.
FUAD
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50