Etirazçılar Suxumda Abxaziya parlamenti yaxınlığında izdihamlı mitinq keçirərək “Rusiya Federasiyası ilə investisiya fəaliyyəti haqqında idarələrarası saziş”in ratifikasiyasının ləğvinə nail olublar.

"Unikal" xəbər verir ki, təhlükəsizlik qüvvələri qazdan istifadə edib və atəş səsləri eşidilib. Etirazçılar parlamentin yaxınlığındakı hasarı sındırıblar, hətta hakimiyyət qanun layihəsini geri götürəcəklərini vəd edəndə də barmaqlıqları və qapını sındıraraq içəri giriblər. Respublikanın Səhiyyə Nazirliyi səkkiz nəfərin öldüyünü bildirib. Aksiyaya təkan verən razılaşma rusiyalı investorlar üçün əhəmiyyətli faydalar təmin edir. Etirazçılar bunu abxaz biznesinin maraqlarının pozulması kimi qiymətləndiriblər.

***14:57

Abxaziyanın paytaxtı Suxumun mərkəzində müxalifətin “Rusiya Federasiyası ilə investisiya fəaliyyəti haqqında idarələrarası saziş”in ratifikasiyası ilə əlaqədar mitinqi keçirilir.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, müqavilə rusiyalı investorlar üçün əhəmiyyətli güzəştlər nəzərdə tutur.

Lakin etirazçılar sazişdə Abxaz kiçik və orta biznesinin, ilk növbədə turizm sahəsində maraqlarının pozulmasını görürdülər ki, bu da ölkəyə bütün büdcə gəlirlərinin üçdə birinə çatır. Onların fikrincə, bu, ruslara Abxaziyada sərbəst şəkildə mənzil tikmək imkanı verəcək. Aksiyada bir neçə min insan iştirak edir. Onların arasında müxalifət lideri Adqur Ardzinba da var. Təhlükəsizlik qüvvələri qazdan istifadə edib və atəş açılıb.

***13:43

Abxaziyada müxalifətçilər yük maşınını parlament binasının hasarına çırparaq binaya daxil olublar. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və çubuqla hücum ediblər. 

Gülayə Mecid