"Üzən məzənnə rejiminə keçməliyik ki, manatın ətrafında olan həyəcanlar aradan qalxsın. Aydın məsələdir ki, yaxın illərdə üzən məzənnə rejiminə keçilməsi real görünmür".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Amma bu istiqamətdə görülən işlərin nəticəsinin orta perspektivdə nə qədər reallığa çevrilməsi sualını qaldırmaq istərdim. Hesab edirəm ki, bu da vacibdir", - deyə deputat bildirib.

Anar Kəlbiyev