"Düşünürəm ki, 2024-cü ildə biz tamamilə Üçüncü Dünya Müharibəsinin başladığını hesab edə bilərik".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri olan general-leytenant, Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı deyib. 

O, üçüncü dünya müharibəsinin rəsmi olaraq başladığını bəyan edib: "Şimali Koreyadan olan əsgərlər Ukraynanın qarşısında dayanıb. Gəlin açıq danışaq. Artıq Ukraynada İran PUA-ları heç nədən qorxmadan kifayət qədər açıq şəkildə dinc insanları qətlə yetirirlər. Şimali Koreya istehsalı olan raketlər artıq Ukraynaya uçur və onlar bunu açıq elan edirlər". 

Ağarza Elçinoğlu