"Mançester Yunayted"in daha bir transfer hədəfi bəlli olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Bernabeu Digital" məlumat yayıb. İngiltərə klubu "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. Klubun təmsilçilərinin artıq 22 yaşlı fransalı futbolçunun agentləri ilə də əlaqəyə çıxdıqları bildirilir. 
Kamavinqa özü isə bu marağı qiymətləndirsə də, İspaniya klubunu tərk etmək fikri yoxdur. "Real"ın futbolçu üçün 100 milyon funt sterlinq tələb edə bilməsi qeyd olunur. Lakin "Mançester Yunayted" bu məbləği ödəməyə hazır deyil. 

Qeyd edək ki, daha öncə "Mançester Yunayted"in sol cinah müdafiəçisi axtarışında olduğu bildirilmişdi.