Rusiya Ermənistanın Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin inkişafı üçün birgə səylərə qoşulacağını gözləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “İzvestiya”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya-Ermənistan müttəfiqlik əməkdaşlığına, o cümlədən KTMT çərçivəsində real alternativlər yoxdur: "Ermənistanın təhlükəsizliyinin təmin edilməsi problemlərindən danışarkən, biz Rusiya-Ermənistan müttəfiq əməkdaşlığı ilə, o cümlədən KTMT çərçivəsində müqayisə oluna biləcək real alternativlərin olmadığı mövqeyinə sadiqik. Rusiya Ermənistanın təhlükəsizliyini həm ikitərəfli formatda, həm də KTMT vasitəsilə təmin etmək üzrə öhdəliklərinə sadiq qalır.

Biz həmçinin erməni tərəfdaşlarımızın Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin inkişafı üzrə birgə səylərdə fəal iştirakını gözləyirik ki, bu ideya iyunda Rusiya Xarici İşlər Nazirliyi ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb".

Ağarza Elçinoğlu