Vaşinqton və onun müttəfiqləri MDB məkanında xaos yaratmaq və Birlik məkanını ucuz resurs bazasına çevirmək istəyirlər.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya FSB-nin direktoru Aleksandr Bortnikov deyib. 

"ABŞ və müttəfiqləri geosiyasi ambisiyalarını həyata keçirmək üçün ən çirkin üsullardan istifadə etməkdən çəkinmirlər. Bizim vəziyyətimizdə bu, Birliyin xaotizasiyası və onun ucuz resurs bazasına çevrilməsidir", - Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin Moskvada keçirilən müşavirəsində bildirib.

Gülayə Mecid