Tramp texnoloji koordinasiya üçün “ Süni intellekt çarı” vəzifəsi yaratmaq istəyir.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Yeni vəzifəni kimin tutacağı məlum deyil, lakin namizədin seçiminə Mask və Dövlət İdarəetmə Effektivliyi Departamentinə rəhbərlik edən Ramasvami təsir edə bilər.
“süni intellekt çarı” süni intellektdə ABŞ liderliyini saxlamaq üçün resursların ayrılmasına cavabdeh olacaq.