Milli Hidrometeorologiya Xidmətinin 27 noyabr saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinə yağan yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

Bu barədə "Unikal"a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 31 sm, Viləşçayda 23, Təngərüdçayda 21, Böyük Qafqazın ərazisindən axan Xarmidorçayda 28, Əyriçayda 27, Katexçayda 15, Qudiyalçayda 10, Qarasuçayda 8, Pirsaatçayda 3, Kiçik Qafqazın ərazisindən axan Gorançayda 3, Gəncəçayda, Əsrikçayda və Dəstəfurçayda 1, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bəsitçayda 13, Bərgüşadçayda 12, Oxçuçayda 11, Həkəriçayda 2, Tərtərçayda 1, Naxçıvan MR ərazisindən axan Gilançayda 3, Naxçıvançayda 2, Əlincəçay, Ordubadçay və Vənəndçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində 1, Qanıx çayında isə 6 sm artm qeydə alınıb.

*** 09:45

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-si saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometrologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 13 sm, Qrızda (Quba) 12 sm, Şərurda 8 sm, Ləzədə 4 sm, Şahbuzda 3 sm, Əlibəy (Zaqatala), Gədəbəydə 2 sm olub.

Balakən-Şəki zonasında 11-28 mm, Mərkəzi aran rayonlarında 17-24 mm, Quba-Qusar bölgəsində 9-20 mm, Qazax-Gəncə bölgəsində 6-17 mm, Lənkəran-Astara bölgəsində 6-13 mm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində 3-10 mm, Naxçıvan MR-da 6-11 mm, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək yağıntı qeydə alınıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Culfada 25 m/s, Kəlbəcərdə 23 m/s, Tovuzda, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Lerik, Naxçıvan, Naftalan, Qobustan, Göyçay, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 4, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda isə 2 dərəcəyədək şaxta qeydə alınıb.