Ötən gün Bakıda Azadlıq metrostansiyası-Mehdiabad qəsəbəsi marşrutu ilə hərəkət edən 108B nömrəli avtobusda təhlükəli vəziyyət yaranıb.

"Unikal"ın məlumatına görə, hərəkətdə olan nəqliyyat vasitəsində ciddi texniki nasazlıq yaşanıb. 

Belə ki, avtobusun təkəri differensialdan qopub və nəqliyyat vasitəsi hərəkət edə bilməyib.

Yaranan vəziyyətdən qorxan sərnişinlər avtobusdan düşürülüb.

Murad İbrahimli