Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları Ədən körfəzi və Ərəbistan dənizində ABŞ-ın esminesinə və ABŞ ordusunun raket və pilotsuz təyyarələrlə təchiz olunmuş üç gəmisinə hücum edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, husilər "Liberty Grace", "Maersk Saratoga" və "Stena Ipeccable" gəmilərinə hücum etmək üçün 16 ballistik və qanadlı raket və pilotsuz təyyarələrdən istifadə ediblər.