Chengdu Universitetinin (Çin) alimləri pendirin qan təzyiqini aşağı salmağa və testosteron səviyyəsini artırmağa kömək etdiyini, yuxu apnesi riskini azaltdığını təsbit edib.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri Sleep Medicine (SM) jurnalında dərc olunub.

Alimlər 400 min britaniyalının qidalanma vərdişlərini və yuxu keyfiyyətini təhlil edərək bu qənaətə gəliblər.

Apne  insanın yuxu zamanı dəfələrlə tənəffüsünü dayandırdığı, xoruldama və ciddi sağlamlıq problemlərinə səbəb olan bir xəstəlikdir. Bu xəstəliyin ən çox yayılmış formalarından biri boğaz divarlarının daralması və rahatlaması ilə xarakterizə olunan obstruktiv yuxu apne sindromudur (OSA). Böyük Britaniyada təxminən  3,9 milyon insan orta və ya ağır OSA-dan əziyyət çəkir, lakin diaqnozun olmaması səbəbindən xəstələrin faktiki sayı daha çox ola bilər.

Gülayə Mecid