Qərbi Afrika ölkəsi Qvineyanın Nzerekore şəhərində yerli futbol komandaları arasında keçirilən oyunda mübahisəli penaltidən sonra münaqişə baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hər iki komandanın azarkeşləri bir-birini şifahi provokasiya etdikdən sonra meydana daxil olublar. Meydanda gərginlik artdıqca izdiham yaranıb.

Məlumata görə, azarkeşlər hakimə qəzəbləndikdən və meydançaya daş atdıqdan sonra polis gözyaşardıcı qazdan istifadə edib.

Yerli mənbələrin məlumatına görə, yaralılar, o cümlədən uşaqlar xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Qvineya baş naziri Amadou Bah Oury verdiyi açıqlamada izdihamda ən azı 56 nəfərin öldüyünü və səlahiyyətlilərin təhlükəsizliyi təmin etmək üçün müdaxilə etdiyini bildirib.