Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonunun Qarağan Sədi kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 96 kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.