İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mətbuat konfransında son beynəlxalq hadisələr, xüsusilə də Suriyadakı hadisələr haqqında danışıb.

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi yazıb. 

XİN rəhbəri Suriyadakı hadisələr və bununla bağlı baş verənlərlə bağlı deyib: "Hər şey aydın idi, həm xəbərlər, həm də təhlillər artıq belə bir hərəkətin ediləcəyini göstərirdi. Biz bilirdik ki, Amerika və sionist rejimin planı var, amma sahə və məlumat baxımından dostlarımız İdlibdəki hərəkatlardan tam xəbərdar idilər və bütün məlumatlar Suriya hökumətinə ötürülüb.

Təəccüblü olan Suriya ordusunun müqavimət göstərə bilməməsi, ikincisi, hadisələrin inkişafının sürəti idi ki, bu da gözlənilməz idi. Dünən Doha Sammitində Səudiyyə Ərəbistanı, Misir və İordaniya daxil olmaqla bütün ölkələr bu müzakirəyə gəldi, sual Suriya ordusunun niyə bu qədər tez geri çəkildiyi idi. Bu hissə gözlənilməz oldu.

Cənab Bəşər Əsədin özü də öz ordusunun fəaliyyətindən təəccübləndi və aydın idi ki, Suriya ordusunun özündə heç bir düzgün təhlil aparılmayıb". 

Ağarza Elçinoğlu