Ukrayna Suriya prezidenti Bəşər Əsəd hökumətinin devrilməsindən az əvvəl yerli müxalifətə hərbi dəstək verib.

"Unikal" xəbər verir ki, bu barədə “The Washington Post" mənbələrə istinadən məlumat verib. 

Məlumata görə, bu, dörd-beş həftə əvvəl baş verib. Belə ki, Ukrayna "Heyət Təhrir əş-Şam" terror qruplaşmasına yardım etmək üçün yaraqlıların İdlibdəki qərargahına 20 təcrübəli pilotsuz təyyarə operatoru və təxminən 150 FPV pilotsuz təyyarə göndərib.

Qərb kəşfiyyat orqanları hesab edir ki, Kiyevin hərəkətləri Əsədin devrilməsində kiçik rol oynayıb.