2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, həmin günlər iş günü hesab edilmir.

Qeyd edək ki, gələn il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq. 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq.

Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləridir.