Türkiyə Suriyada Kürdüstan Fəhlə Partiyasını (PKK) məhv etmək niyyəti barədə ABŞ-ni məlumatlandırıb və Vaşinqtonun “mövqeyinə yenidən baxacağına” ümid edir.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.
“Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Biz onlardan öz mövqelərinə yenidən baxacaqlarını gözləyirik”, - deyə nazir qeyd edib.