Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov Baş nazir Mixail Mişustinin imzaladığı sərəncama əsasən, 5 il müddətinə Hərbi İnşaat Şirkətinin müşahidə şurasının sədri təyin edilib.

"Unikal" xəbər verir ki, müvafiq sənəd rəsmi portalda dərc olunub.

Əvvəlki müdafiə naziri Sergey Şoyqunun müşahidə şurasının sədri kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.