Çad hökuməti Fransaya müraciət edərək bildirib ki, yanvarın 31-dək qoşunlarını öz ərazisindən çıxarsın.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın RFI radiosu məlumat yayıb. 

Yüksək rütbəli fransız hərbi zabiti radio ilə söhbətində bildirib ki, yeddi həftə ərzində bütün kontingenti geri çəkmək demək olar ki, mümkün deyil.

Digər RFI həmsöhbətləri əlavə ediblər ki, Fransa artıq Afrika dövlətindən öz avadanlıqlarını geri çəkməyə başlayıb.

Gülayə Mecid