Milyarder İlon Mask ABŞ-də seçilmiş vəzifələrdə çalışan insanlar üçün məcburi koqnitiv testin tətbiqini təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Bəlkə biz seçilmiş məmurlar üçün bir növ əsas koqnitiv test tətbiq etməliyik?", - deyə Mask qeyd edib.
O bu fikrə ABŞ Nümayəndələr Palatasının nümayəndəsi Kay Qrencerin demensiya klinikasına yerləşdirilməsindən sonra gəldiyini bildirib.
81 yaşlı Qrencer 2024-cü ilin iyul ayından bəri ictimaiyyət arasında görünmür. O, küçədə yönünü itirmiş vəziyyətdə tapıldıqdan sonra xüsusi demensiya klinikasına yerləşdirilib.