ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkəsini Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq istəyir.
"Unikal" xəbər verir ki, belə bir iddia ilə "Financial Times" Trampın gələcək administrasiyasının üzvləri ilə ekspertlər arasında şəxsi söhbətə istinad edərək yazıb.
İlk prezidentlik dövründə Tramp artıq ÜST-dən çıxmaq niyyətini açıqlamışdı. ABŞ təşkilatın ən böyük donoru olaraq qalmasına baxmayaraq, Tramp pandemiya zamanı təşkilatın "Çin nəzarəti altında" olduğunu söyləyib. O, geri çəkilmə prosesinə başlasa da, Co Bayden 2021-ci ildə prosesi dayandırdı.
Əvvəllər Trampın ABŞ səhiyyə sisteminin yeni rəhbərliyinə namizədlər sırasında peyvəndlərə şübhə ilə yanaşan balaca Robert Kennedinin də yer aldığı bildirilirdi.
İndi ekspertlərin fikrincə, ÜST məsələsi ilə bağlı seçilmiş prezidentin komandasında fikirlər ikiyə bölünür: bəziləri təşkilatda qalmaq istəyir, amma islahatlar tələb edir, bəziləri isə təşkilatdan getməyin tərəfdarıdır.