Dünən Bakının məşhur təqdimat mərkəzlərindən olan “Kashalata” kafedə təqaüdçü müəllimə Sevinc İsgəndər qızı Bayramovanın (Sevinc Afət) “Həsrət yağışı” adlı şeirlər kitabının təqdimatı keçirilib.
"Unikal" xəbər verir ki, “AVE Print” mətbəsində nəşr edilən kitaba naşir Hacı İsmail Allahverdi ön söz yazıb. Vətən sevgisindən, tələbəlik illərindən, bacı həsrətindən və Allaha münacatlardan ibarət şeirlər toplusu müəllifin ilk kitabıdır. Olduqca səmimi atmosferdə keçən təqdimat mərasimində müəllifin tələbə yoldaşları olan alimlər, ziyalılar, təqdim olunan kitabdakı şeirlər haqqında danışıb, öz ürək sözlərini və təbriklərini çatdırıblar.
Tədbirin sonunda müəllif hər bir iştirakçıya ürək sözləri yazılan kitabını hədiyyə edib.
"Həsrət yağışı" adlı kitabın təqdimatı keçirildi - FOTOLAR
11:59 23-12-2024
CƏMİYYƏT
Digər Xəbərlər
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30
2024-12-23 09:08:00