ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Rusiyanın hazırkı lideri Vladimir Putin Bakıda görüşə bilərlər. 

"Unikal" xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov açıqlayıb. 

Politoloq mümkün görüşdə Bakını bu danışıqlar üçün ən ideal yer hesab edib. 

"Bir nömrəli namizəd Bakıdır. Məhz Bakı Rusiya Baş Qərargahı rəhbərlərinin və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbərinin daimi görüşlərinin keçirildiyi yer idi. Başqa sözlə, həqiqətən yaxşı sınaqdan keçmiş bir yerdir. Bu yaxınlarda BMT-nin böyük iqlim sammiti də keçirilib", - deyə o bildirib. 

Ağarza Elçinoğlu