Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.

"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə Aydan Şahin qızı Rəcəbova Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.