Milli Şura parçalanmanın astanasında
20:02 19-07-2013
CƏMİYYƏT
Milli Şura parçalanmanın astanasında
Bu proses Rüstəm İbrahimbəyov Bakıya gələn kimi baş tutacaq
Müxalifət daxilində Müsavat başqanı İsa Qəmbərə təzyiqlər artmaqdadır. Belə ki, Milli Şura vahid namizəd müəyyənləşdirəndən sonra İsa Qəmbər hələdə prezidentliyə namizəd olaraq qaldığını bildirdi. Şərt isə konkret oldu.İlk növbədə Rüstəm İbrahimbəyov Bakıya gəlməli və qeydiyyata alınmalıdır. Bu olmazsa seçkilərin baykot edilməsi variantı ilə razılaşmamalı və yeni namizəd müəyyənləşdirilməlidir.
Bunlar olmayacaqsa o prezidentliyə namizəd olaraq qatılacaq. AXCP başda olmaqla bir kəsim isə buna görə İsa Qəmbəri qınayacaq mövqe tutublar və sosial şəbəkələrdə ciddi əks-təbliğat aparılır. İndi isə dairə bir azda böyüyüb. "Rüstəm müəllimi qeydiyyata alsalar mən sözsüz ki, onu dəstəkləyəcəm". Bu fikirləri tanınmış politoloq, vaxtilə Azərbaycanın əsas siyasi fiqurlarında olan Zərdüşt Əlizadə açıqlamasında bildirib.
Seçkiqabağı vəziyyəti şərh edən politoloq Milli Şuranın vahid namizəd seçiminin düzgün olduğunu deyərək rəqiblərin Rüstəm İbrahimbəyovdan çəkindiyini vurğulayıb. Z.Əlizadə daha sonra ölkənin iki aparıcı siyasi partiyası olan AXCP ilə Müsavat arasında son yaşanan seçki qalmaqalından söz açıb. Onun sözlərinə görə, Milli Şuranın vahid namizədi qeydiyyata alınmasa, AXCP və Müsavatın yolları ayrılacaq.
"Müsavat Partiyası Milli Şuradan əvvəl İsa bəyin namizədliyini elan eləmişdi. Milli Şura yaranandan sonra Müsavat Partiyası sonradan Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini açıqladı. Qaldı ki, digər problemlər hökumətin problemləridir. Rüstəm İbrahimbəyovu qeydiyyatdan keçirməsindən söhbət gedir. Rüstəm müəllim faktiki olaraq Rusiya vətəndaşlığından imtina edib. Sabah-biri gün onun vətəndaşlığı ləğv ediləcək. İsa Qəmbərin namizədliyinə gəlincə, Milli Şuranın layihəsi alınmasa bu ideya iflasa uğrayacaq. O zaman Müsavat öz namizədi ilə seçkiyə gedəcək"-deyə politoloq bildirib.
Z.Əlizadə hesab edir ki, Milli Şuranın vahid namizədi qeydiyyata alınmasa, müxalifətin seçkiyə getməsi alçaqlıqdır: "Rüstəm müəllimin namizədliyi qanunsuz olaraq qeydiyyata alınmasa, o zaman AXCP istər seçkiləri boykot edər, Müsavat da istəyərsə seçkilərə gedər. Amma belə olan halda seçkiyə getmək alçalmaq deməkdir.
Vahid namizədin qeydiyyata alınmaması ilk növbədə gələcək rəhbərliyin legitimliyini şübhə altına alacaq. Boykota gəlincə, bu siyasi partiyaların mövqeyindən asılıdır. Elə partiyalar var ki, onun seçkini boykot eləməsi heç nəyi dəyişməyəcək. Amma Milli Şurada təmsil olunanlar cəmiyyətdə nüfuzu olan adamlardır".Bundan başqa artıq ACP-də açıq şəkildə İsa Qəmbəri hədəfləyib. Belə ki, ACP sədri Sülhəddin Əkbər İsa Qəmbəri geri çəkilməyə çağırıb. "Musavat Partiyasının Milli Şurada Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləməsi, eyni zamanda digər tərəfdən isə İsa Qəmbərin də öz namizədliyini saxlaması Milli Şuranın qətiyyətinə və iradəsinə kölgə salır, ictimai rəyi çaşdırır". Bunu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər bildirib.Onun sözlərinə görə, İsa Qəmbərin Milli Şurada namizədliyini hələ də saxlaması bütövlükdə Milli Şuranın strategiyasına ziddir. S.Əkbər deyib: "Mən bu fikirlərimi çəkinmədən bəyan etmişəm. Ancaq çox təəssüf ki, Musavat Partiyası hələ də öz mövqeyində israr etməkdə davam edir. Ancaq ümüd edirəm ki, Rüstəm bəy özünün bəyan etdiyi kimi bu ayın sonu Bakıya qayıdacaq və İsa Qəmbər Rüstəm bəylə görüşüb bu məsələ ilə bağlı yekun qərar qəbul edəcəklər".Beləliklə müxalifət düşərgəsində savaş dərinləşməyə başladı. Ekspertlər hesab edir ki, İsa Qəmbərə qarşı başlanan kompaniya cavabsız qalmayacaq və əks-həmlələr olacaq. Amma hazırda Müsavat üzvləri Rüstəm İbrahimbəyovun gəlişini gözləyirlər.
Fuad
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22