Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyarə qəzası zamanı həlak olan Ramin İbrahimov Şəmkirdə dəfn edilib.
"Unikal"ın məlumatına görə, dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1998-cu il təvəllüdlü Ramin İbarhimovla Şəmkir rayonun Yuxarı Seyfəli kəndində yaşadığı evdə keçirilən vida mərasimi başa çatıb.Ramin İbrahimovun nəşini Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Ramin İbrahimovun yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 26 yaşlı Ramin İbrahimov Qroznıya işləmək üçün gedirmiş. O, subay olub.
***
17:04
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1998-cu il təvəllüdlü Ramin İbrahimovun cənazəsi Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində ailəsinə təhvil verilib.
"Unikal"ın məlumatına görə, təyyarə qəzasına həlak olan Ramin İbarimovla hazrıda yaşadığı kəndə vida mərasimi keçirilir.Vida mərasimindən sonra həlak olan gənc kənd qəbirstanlığında dəfn ediləcək.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Tural Əhmədov