Prezident cənab İlham Əliyevin 24 iyun 2024-cü il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Alxasov Vahid Feyruz oğlu Tərəqqi medalı təltif olunmuşdur.  Lakin, Vahid Alxasov 01.07.2024-cü il tarixdə vəfat edib.

"Unikal" xəbər verir ki, Rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən  medal, mərhumun həyat yoldaşı Kəmalə Alxasovaya təqdim edilib.

Kəmalə Alxasova bu diqqət və qayğıya görə Ölkə başçısına minnətdarlığını ifadə edib.