Sabirabad rayonunda fərdi yaşayış evində yanğın olub. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Kənd sakini, Əliyev Əlixudaya məxsus fərdi yaşayış evi anidən alovlanıb.

FHN-nin Sabirabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri yanğını söndürüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev