Bir neçə ay bundan əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi vəzifəsindən azad olunan general-mayor Azər İbrahimov yeni vəzifəyə təyin olunub.

"Unikal" gununsesi.info-ya istinadən xəbər verir ki, bundan sonra Azər İbrahimov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müşaviri vəzifəsində işləyəcək.