Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. 

"Unikal"ın məlumatına görə, rayon sakini, 7 yaşlı Ş. Aslanov pirotexniki vasitənin ("zırpaket") partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. 

Fakt araşdırılır. 

Xəlil Əliyev