AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan Nurullah Siracov 6 gün sonra xanımı Müslümat Siracovanı görə bilib.
"Unikal" xəbər verir ki, bu barədə "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova sosial şəbəkədə paylaşım edib.
Həkimlər "Həyat yoldaşım yanımda idi. Təyyarə düşəndən sonra onu tapa bilmədim. Hələ də ondan xəbərim yoxdur" deyə narahat olan N. Siracovu bu gün xəstəxanada xanımını görməyə icazə veriblər. N. Siracov xanımını görən zaman göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, yaralı Nurullah Siracov Zaqatalanın Danaçı kəndindəndir. O, həyat yoldaşı Müslümət Siracova ilə bir yerdə uçurmuş.