ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
"Unikal"ın məlumatına görə, səfir bildirib ki, ABŞ Azərbaycanla əlaqələrə böyük dəyər verir:
“Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrin inkişafına dəyər verir, ortaq məqsədlər üçün birgə işlərin davam etdirilməsini səbirsizliklə gözləyirik".
Diplomat həmçinin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Səfir Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inamını ifadə edib.
Happy New Year! To welcome 2025 and to mark Azerbaijan’s International Solidarity Day, we are pleased to share this message from Ambassador Libby. The embassy wishes you all peace, prosperity, and happiness in the year ahead!
— U.S. Embassy Baku (@USEmbassyBaku) December 31, 2024
****************
Yeni iliniz mübarək! 2025-ci ilin… pic.twitter.com/ciQf06MYTF