Goranboy rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin-2025-ci ilin gəlişi münasibətilə rayon İcra Hakimiyyətinin inzibati binasında şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid övladlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı, təbrik edib.
Uşaqlara bayram hədiyyələri təqdim edilib.