BƏƏ-nin Ras əl-Xəymə sahillərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Məlumata görə, “Əl-Cəzirə” aviasiya və idman klubuna məxsus yüngül mühərrikli təyyarə Fars körfəzi sularında, Rəs əl-Xəymə əmirliyi sahillərində qəzaya uğrayıb.

Hadisə nəticəsində pilot və sərnişinin öldüyü qeyd edilir.